Yunanıstanda koalisiya

Yunanıstanda koalisiya
21:42 26 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda hakim koalisiya yaradılıb
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, solçu SİRİZA və sağ-mərkəzçi "Müstəqil yunanlar" partiyası yeni blokun formalaşdırılması barədə razılığa gəliblər.

"Müstəqil yunanlar" partiyasının lideri Panos Kammenos bildirib ki, yeni hökumətdə təmsil etdiyi partiyaya bir neçə nazirlik vəd edilib.

SİRİZA-nın lideri Aleksis Sipras bu gün Yunanıstan Prezidentinin qəbulunda olacaq, and içəcək və yeni kabinetin tərkibini elan edəcək.

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası (SİRİZA) parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR