Putin Ukraynanı belə aşağıladı

Putin Ukraynanı belə aşağıladı
21:46 26 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində eskalasiyanın artmasına görə Kiyevin cavabdeh olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə, Sankt Peterburq şəhərində tələbələrlə görüşündən sonra mətbuata verdiyi açıqlamada, Putin bidlirib ki, Ukraynada insanlar səfərbərlikdən yayınmağa çalışsa da, Ukrayna höküməti “barıt əvəzinə insan ətindən” istifadə edərək, onları ölümə göndərir. Rusiya lideri, ölkədən qaçmağa çalışan ukraynalılara yardım etmək üçün ölkəsinin miqrasiya ilə bağlı qanunvericilikdə dəyişikliklər edə biləcəyini diqqətə çatdırıb.

“Yeni qanuna görə, Ukrayna vətəndaşları Rusiya ərazisində 30 gündən çox qala bilməz. Onlar məcbur olub Ukraynaya qayıdır və onları yaxalayıb atəş altına göndərirlər. Ona görə də bununla bağlı çox güman ki, dəyişiklik edəcəyik. Hüquqi baxımdan müəyyən şəxslər üçün qalma müddətini uzada bilərik . Bu xüsusilə hərbi çağırış yaşına çatmamış (azyaşlılara) aiddir”, - deyə prezident bildirib.

Putin eyni zamanda Ukrayna ordusundan söz açıb. Rusiyalı lider bildirib ki, Ukrayna ordusu ümumiyyətlə ordu deyil, sadəcə NATO-nun xarici legionudur: "Onlar Ukraynanın milli maraqlarını qorumur, tam fərqli mənafe güdürlər. Bu əsasən Rusiyanın qarşısının alınması üçün geosiyasi strategiyalarla bağlıdır. Bu Ukrayna xalqının milli maraqları ilə tam ziddiyyət təşkil edir”.

Rusiya liderininin dilindən belə münaqişə ritorikası Mariupolda 30-dan çox dinc sakinin ölümü ilə nəticələnmiş raket hücumundan sonra Qərbin Rusiyanı yeni sanksiyalarla hədələməsi fonunda səslənib. Bazar ertəsi Mariupolda yeni döyüşlər qeydə alınmasa da, separatçıların əsas istinadgahı sayılan Donetsk şəhərində silahlı toqquşmalar davam edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR