Zaqatalada avtomobil tarktorun qoşqusuna girdi: yaralı var

Zaqatalada avtomobil tarktorun qoşqusuna girdi: yaralı var
22:16 26 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Zaqatalada yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunun 107-ci km-də qeydə alınıb.

Qəza zamanı Qaxın Almalı kənd sakini 45 yaşlı Əliyev Elmir Məhəmməd oğlunun idarə etdiyi “VAZ-21099 ” markalı 34 BD 107 dövlət nömrə nişanlı minik maşını qəfil yola çıxan traktorun qoşqusu ilə toqquşub. Hadisədən sonra traktorun sahibi qəza yerindən qaçıb.

Qəza nəticəsində Əliyev Elmir Məhəmməd oğlu isə orta ağır yaralanıb. Onu Zaqatala Mərkəzi rayon Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS: Xatirə Əkbər



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR