"Real" yeni transferini təqdim etdi (FOTO)

"Real" yeni transferini təqdim etdi (FOTO)
22:21 26 Yanvar 2015
226 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" 14 milyon avroya transfer etdiyi braziliyalı Lucas Silvanı mətbuata təqdim edib.

ANS PRESS-in məlumatına görə, Braziliyanın "Cruzeiro" komandasından transfer edilən 21 yaşlı yarımmüdafiəçi "Santiago Bernabeu" stadionunda təşkil edilən imza mərasimində yeni klubunda ilk açıqlamasını verib:

"Dünyanın ən yaxşı klubundayam. Çox xoşbəxtəm".

"Real Madrid"ə öyrənmək və kömək etmək üçün gəldiyini deyən Silva geyinəcəyi 16 nömrəli formaya özünü tam hazır hesab etdiyini deyib: "Burada olmaq bir yuxunu reallaşdırmaq kimi bir şeydir. Bu formanı geymək üçün özümü çox hazır hiss edirəm".
      
"Real Madrid"in prezidenti Florentino Perez yeni futbolçusundan danışıb: "Bu gün bir futbolçunun daha xəyalını həyata keçiririk. Dünya çempionu olan bir klubuq, amma özümüzü təbrik edəcək vaxtımız yoxdur".

Qazandıqları hər şeyin özlərinə az gəldiyini söyləyən Perez sözlərinə belə davam etdirdi:
      
"Tarix bizə, çətinliklər çıxsa da sonuna qədər hər müvəffəqiyyətin arxasından getmək lazım olduğunu göstərir. Onuncu çempionlar liqası kubokunu qazandığımız üçün xoşbəxtik, amma sırada 11-incisi var.

Alfredo Di Stefano və Santiago Bernabeu bizə qabiliyyət və arzusunu göstərmək istəyən futbolçuları axtarmağımızın lazım olduğunu öyrətdilər. Lucas Silva da onlardan biridir. Bu gün, Braziliyanın ən yaxşı yarımmüdafiəçilərindən biri komandamıza daxil oldu".

Daha sonra Silvaya xitab edən Perez bu sözləri deyib: "Mövsümün çox əhəmiyyətli bir anında gəldin. Səndən tək istəyim ən qısa zamanda komandaya uyğunlaşıb, bütün arzunu bu komandaya verməyindir. Bu formanı geyinmək bir qürurdur, amma eyni zamanda yalnız bəzi futbolçuların yaşaya biləcəyi bir məsuliyyətdir".

"Real Madrid" ilə 30 İyun 2020 tarixinə qədər müqavilə imzalayan Silvanın qarşıdakı oyunlarda əsas heyətlə birlikdə meydana çıxacağı gözlənilir.





Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR