Bir ailədən 3 şəhid (VİDEO)

Bir ailədən 3 şəhid (VİDEO)
22:26 26 Yanvar 2015
300 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhə xəttində şəhid olan hərbçimizdən biri Elşən Əfəndiyev dəfn edilib. Ümumiyyətlə, bu, ailənin vətən yolunda verdiyi üçüncü şəhiddir.

ANS TV-nin məlumatına görə, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində doğulub, boya-başa çatan Elşən Əfəndiyev bir il idi ki, hərbi xidmətə yollanmışdı. Ailəsinin sözlərinə görə, bu vaxt ərzində hər zaman onun yaxşı xəbərin eşidiblər. 19 yaşlı Elşən təqribən bir ay öncə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən nümunəvi davranışına görə Fəxri fərmanla da təltif olunub.

Şəhidin əmisi Nurəddin Əfəndiyevin sözlərinə görə, hərbi hissədən gələnlər bildirdilər ki, Elşən həm qoçaq, qorxmaz, həm də döyüşkən oğlan olub: "Heç nədən çəkinməyib. Atasına deyib ki, mən Qarabağ uğrunda şəhid olmaq üçün doğulmuşam”.

Elşən ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir. Onun dayısı Vahid İbrahimov və əmisi Elşən Əfəndiyev də şəhid olub. Şəhid əminin adı isə qardaşı oğluna verilib. Elşənin digər əmisi Qarabağ döyüşlərinin iştirakçısı olan Ədalət Əfəndiyev ailə üçün itkilərin ağır olduğunu, amma bu acını qürurla daşıdıqlarını deyir.

“General olmaq hər bir əsgərin borcudur. Amma şəhid olmaq hər əsgərə nəsib olmur. Biz Elşənlə fəxr eləyirik” - deyə şəhidin əmisi Ədalət Əfəndiyev bildirdi.

19 yaşlı şəhid Elşən Əfəndiyev doğulduğu torpaqda Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn edilib.

Müdafiə nazirinin əmrilə şəhid “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Mənbə
ANS TV: Xatirə Əkbərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=322045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR