İŞİD Avropanı hədələdi

İŞİD Avropanı hədələdi
22:41 26 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Qərb ölkələrində yeni terror aktlarına hazırlaşdığını bəyan edib.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması bu barədə internetdə audiomüraciət yayıb.

"France Presse” xəbər agentliyinin verdiyi məlumata görə, sözügedən audioyazı internetdə İŞİD terror qruplaşmasının nümayəndələri tərəfindən yerləşdirilib.

Qeyd edək ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına terror hücumu nəticəsində 12 nəfər ölmüşdü. Yanvarın 10-da Port-de-Vensenedə ticarət mərkəzində girovlar xilas edilərkən dörd nəfər ölmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR