Qaxda “VAZ 21099” qoşqulu traktora çırpıldı

Qaxda “VAZ 21099” qoşqulu traktora çırpıldı
23:04 26 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun  məlumatına görə, hadisə yanvar ayının 26-ı axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 107-ci kilometrliyində, Qax rayonunun Şotavar kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qax rayon Almalı kənd sakini, 1970-ci il təvəllüdlü   Elmir Məhəmməd oğlu Əliyev idarə etdiyi “VAZ 21099” markalı 34 BD 107 dövlət nömrə nişanlı avtomobillə  Almalı kəndindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən maşını qarşısında hərəkətdə olan,  hələki sürücüsü məlum olmayan qoşqulu traktora arxadan çırpıb.

 

Qəzadan sonra müxtəlif bədən xəsarətləri alan Elmir Əliyev dərhal Təcili Tibbi Yardım Stansiyasının  maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Elmir Əliyevin vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır. Qəzaya səbəb olması ehtimal olunan traktorun sürücüsü traktorla birlikdə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR