Avtomobil traktorla toqquşub, xəsarət alan var - FOTO

Avtomobil traktorla toqquşub, xəsarət alan var - FOTO
23:12 26 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvar ayının 26-ı axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 107-ci kilometrliyində, Qax rayonunun Şotavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayon Almalı kənd sakini, 1970-ci il təvəllüdlü Elmir Məhəmməd oğlu Əliyev idarə etdiyi “VAZ 21099” markalı 34 BD 107 dövlət nömrə nişanlı avtomobillə Almalı kəndindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən maşını qarşısında hərəkətdə olan, hələ ki sürücüsü məlum olmayan qoşqulu traktora arxadan çırpıb.

Qəzadan sonra müxtəlif bədən xəsarətləri alan Elmir Əliyev dərhal Təcili Tibbi Yardım Stansiyasının maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Elmir Əliyevin vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır. Qəzaya səbəb olması ehtimal olunan traktorun sürücüsü traktorla birlikdə hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR