Bu ana milyonları ağlatdı (VİDEO)

Bu ana milyonları ağlatdı (VİDEO)
23:36 26 Yanvar 2015
173 Digər
Ölkə mətbuatı
A- A+

Texnologiya dünyası 2015-ci ili müdhiş bir hadisə qarşılayıb.

ANS PRESS-in məlumatına görə, gözləri kor olan ana taxdığı xüsusi eynək sayəsində dünyaya yeni gətirdiyi körpəsini gördü. O anları izləyən milyonlarla insan gözyaşını saxlaya bilməyib.

"Huffington Post"un xəbərinə görə, Kazi Beitzin uşaqlıqdan görməsində problemlər olub. Ən böyük istəyi isə oğlu doğulduğu ilk gün onu görə bilmək olub. Görməsində maneələr olan şəxslər üçün xüsusi eynəklər istehsal edən "eSight" şirkəti Beitzin istəyini öyrənəndən sonra hərəkətə keçib. Bu xüsusi eynəklərdən birini gənc anaya borc verib.

Bacısı Beitzin körpəsini ilk gördüyü anı videoya çəkib. Möcüzəvi təcrübə belə göstərildi

Gənc ana yaşadığı anları belə xatırlayıb: "Həyatda gördüyüm ilk körpənin mənim körpəm olması çox təsiredici idi. Ayaqları ərimin ayaqlarına nə qədər də çox bənzəyir. Yoldaşımın ona necə baxdığını görmək də inanılmaz gözəl bir duyğu idi. Övladıma aşiq oldum".

Eynəklər görməsində məhdudiyyətlər olan insanlara, inkişaf etmiş bir kompüterlə gerçək bir video təqdim edir. Kamera və görüntü texnologiyasının istifadə edildiyi eynəklərin bir ədədi 15.000 dollardır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR