BMT-nin baş qərargahı bağlandı

BMT-nin baş qərargahı bağlandı
23:39 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin mənzil-qərargakı Nyu-Yorka doğru irəliləyən çovğunla əlaqədar bu gün bağlı olacaq. Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məlumatı təşkilatın mətbuat xidməti yayıb.

 

Bina yerli vaxtla saat 14.30-da (Bakı baxtı ilə saat 23.30) bağlanacaq və çərşənbə axşamı gün ərzində bağlı qalacaq. BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib ki, çərşənbə axşamlna təyin edilən tədbirlər, o cümlədən, Holokost qurbanlarının Beynəlxalq anım günü ilə bağlı toplantı təxirə salınıb.

 

Hazırda BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı toplantı başlayır. İclas təhlükəsiziklə əlaqədar 2 saat əvvələ çəkilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR