Dünyada 12-ci, Avropada 7-ci olduq

Dünyada 12-ci, Avropada 7-ci olduq
23:41 26 Yanvar 2015
204 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin yekun reytinq cədvəlində 151 komanda yer alıb.

Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığmamız dünya reytinqində 12-ci pilləni qoruyab. Aktivində 1393 хal olan komandamız 11-ci yerdəki Yaponiyadan 8 хal geri qalıb.

Yığmamız Avropa reytinqində 7-ci yeri tutur. Komandamız 6-cı pillədəki Çeхiyadan 23 хal geridədi.

AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Ukrayna siyahıda 8-ci, Belçika 29-cu, Danimarka 57-ci olub.

İlk "onluq"

1. İspaniya - 1917
2. Braziliya - 1910
3. Rusiya - 1739
4. İtaliya - 1730
5. Argentina - 1684
6. Portuqaliya - 1618
7. İran - 1599
8. Ukrayna - 1477
9. Çexiya - 1416
10. Kolumbiya - 1415
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=322025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR