İŞİD-ə qoşulan 5 futbolçu

İŞİD-ə qoşulan   5 futbolçu
00:12 27 Yanvar 2015
428 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərədə dərc olunan “Daily Star” qəzeti birinci səhifəsində “5 futbol ulduzu gizli cihatçı” başlıqlı xəbərində İngiltərədən “İraq Şam İslam Dövləti” ( İŞİD) terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən 5 futbolçunun baş kəsən cihatçı Con ilə əlaqələrindən şübhə edildiyinə diqqət çəkib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik şəxslərinin sözügedən futbolçulardan birinin “Arsenal” ilə əlaqəsi olmasından və edamlara qarışdığından qorxduqlarına toxunan qəzet London klubunda sınanmaq üçün məşq etdiyi güman edilən Celso Rodriges da Rosta (28 yaş) şübhəli futbolçulardan biri olduğunu yazıb. Xəbərdə bu futbolçuların cihatçı Conun baş kəsmə edamlarını videoya aldıqlarından şübhələndiyi qeyd olunub.


Celso Rodriges və qardaşı Edqar (34 yaş) ilə eyni cihatçı qrupun üzvü olduğu iddia edilib. Futbolçuların izlənməsini davam etdirən gizli xidmət işçiləri, cihatçı futbolçuların Leyton və Valthamstovda yaşayan, sonradan müsəlman olan, Suriyaya getməzdən əvvəl Londonda radikallaşan portuqaliyalı miqrantlar olduğunu irəli sürüblər.


Beş şübhəlinin da istedadlı futbolçu olduqları, birinin Lissabonun “Sportinq” klubunun gənc komandasında oynadığı öyrənilib.


“Sportinq”in gənclər akademiyasında oynayan Fabio Pocasın (22 yaş) üç il əvvəl İngiltərəyə gəldiyi öyrənilib. İddialara görə, indi Əbdürrəhman Al Andalus kimi tanınan Pocas, həvəskar liqada UK Football Finder komandasında oynayarkən peşəkar bir komandaya keçmək ərəfəsində birdən ortadan itib.


Qədim bir katolik olan qrupun beşinci üzvü Sandronun (36 yaş) ötən ilin oktyabr ayında koalisiya qüvvələrinin hücumu zamanı öldüyü güman edilir.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-d-qoulan-t17821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR