Nikotin asılılığı sağalan dərddir

Nikotin asılılığı sağalan dərddir
00:12 27 Yanvar 2015
206 Sosial
Ölkə mətbuatı
A- A+

Alimlər nikotin asılılığı ilə mübarizə üçün yeni peyvənd hazırlayıblar
Zərərli vərdişdən əl çəkmək çox çətindir. Tərgitmək eşqinə düşənlərin hamısı uğurlu olmurlar. Siqaretin birdən-birə atılması mənfi təsirlərlə də özünü biruzə verə bilir. Arterial təzyiq artır, hava çatışmazlığı və gərginlik kimi əlamətlər olur. Bunun nəticəsində yorğunluq, ürək bulanması və bəzən də baş gicəllənməsi də yaranır.

Uzun illərdir ki, bəşəriyyət siqaretlə mübarizə aparır. Ancaq, hələ ki, ciddi uğurlar əldə etmək mümkün olmamışdı.

Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Kaliforniyadakı Skrips elmi-tədqiqat institutunun alimləri bu məsələ ilə ciddi məşğul olublar və siqaret çəkənlərə yardımçı olacaq vasitə ortaya çıxarıblar.

İnstitutun aparıcı professoru Kim Yand deyir ki, yaradılan peyvənd vasitəsilə nikotinin orqanizmə istənilən təsirinin qarşısını almaq olur.

Onun sözlərinə görə, bundan əvvəlki vasitələr beyin reseptorlarına çatmadan orqanizmdə həll olurdu. Ancaq yeni vasitə isə birbaşa insan beyninə təsir göstərir. Yaxın zamanlarda peyvənd könüllülər üzərində sınaqdan keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR