Şeytanın sevdiyi 10 adam (FOTO)

Şeytanın sevdiyi 10 adam (FOTO)
00:16 27 Yanvar 2015
475 Sosial
Ölkə mətbuatı
A- A+

Məşhur ilahiyyatçı Nihat Hatipoğlu "Şeytanın 15 əzəlı düşməni" və "Şeytanın sevdiyi 10 adam"ı açıqlayıb.

ANS PRESS-in məlumatına görə, müəllif şeytanın ən çox nifrət etdiyi şəxsləri belə sıralayıb:

1 - Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm): O, bütün şeytanların və şeytanlaşmış iki ayaqlıların baş düşmənidir.

2 - Adil imam (idarəçi): Ədalətlə keçirəcəyi hər dəqiqə onun üçün cənnət vəsiləsidir.

3 - Təvazökar olan zəngin. Onu özlərinə ar bilməzlər. Çünki, mal və mülkün bir imtahan üçün verildiyini bilir.

4 - Düzgün tacir.

5 - Hüsü duyan (Allahdan qorxan və təvazökar) alim.

6 - Nəsihət edən mömin.

7 - Ürəyində mərhəmət olan mömin.

8 - Tövbəsinə əməl edən və bunu davam etdirən adam.

9 - Haramdan çəkinən adam. Haram eləsə belə dərhal tövbə edər.

10 - Təharətə (təmizlik, qüsul və dəstəmaza) davam edən mömin. Çünki təmizlendikcə namaza qaçar.

11 - Çox sədəqə verən mömin.

12 - İnsanlarla olduğu zaman əxlaqı gözəl olan mömin.

13 - İnsanlara faydalı olan mömin.

14 - Quran-ı Kərimi öyrənən, əzbərləyən və gərəyini yaşayan adam.

15 - İnsanlar yatarkən gecələri qiyamla (oyanıq və namaz qılmaqla) keçirən şəxslər.

İlahiyyatçı şeytanın sevdiyi 10 adamı isə belə sıralayıb

1 - Zalim idarəçi.

2 - Qürurlu zəngin. Ətrafında olan insanları özündən kiçik görür.

3 - Xain tacir. İnsanları aldadan və haqlarını yeyən tacir.

4 - İçki içən və buna davam edib tövbə etməyən adam.

5 - Dedi-qodu edən, insanlar haqqında söz daşıyan, əleyhinə danışan münafiq.

6 - Göstəriş sahibi olan adam.

7 - Faiz yeyən və bütün qazancını faizdən çıxaran adam.

8 - Yetimin malını yeyən və yetimi aldadan şəxs.

9 - Zəkata mane olan (zəkat verməyən, zəkat verilməsi lazım olan yerlərə verməyən və özünə zəkat almaq düşmədiyi halda zəkat alan və beləcə müsəlmanların zəkatına mane olan)

10 - Tul-u əməl sahibi olan (sonsuz arzu və tamahı olan və buna davam etməkdə olan) kişi.

Müəllif yazır ki, əgər bizlərdə bu sifətlərdən biri varsa, bu haldan sürətli şəkildə uzaqlaşıb Allaha sığınmaq lazımdır. Və tövbəni də gecikdirməmək lazımdır. Çünki ölüm və həyat arasında incə bir xətt var ki, o xəttin nə zaman qopacağını yalnız uca Rəbbimiz bilir. Sabah öləcəkmiş kimi hazır olmaq lazımdır. Və əlbəttə heç ölməyəcəkmiş kimi çalışıb qazanmalı və bu qazancı həm özümüzə ayırmalı və həm də ətrafımızla paylaşmalıyıq.



















































Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR