"Bomj" Ronaldonun yeni tryukları (VİDEO)

"Bomj" Ronaldonun yeni tryukları (VİDEO)
00:21 27 Yanvar 2015
231 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"nın portuqaliyalı ulduzu Kriştiano Ronaldo bu günlərdə "bomj" qiyafəsinə girərək azarkeşə sürpriz edib.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə futbolçunun "bomj" qiyafəsində topla driblinqləri yayılıb.
Videoçarxda görmək olar ki, "Qızıl top"un üçqat sahibi Madridin küçələrində necə öz texnikasını göstərir.

Bundan sonra futbolçu parik və taxma bığını çıxararaq "Real"ın kiçik azarkeşini qucaqlayır.

Qeyd edək ki, Kriştiano Ronaldo üç dəfə "Qızıl top" mükafatına layiq görülüb. Futbolçu karyerası ərzində "Sportinq", "Mançester Yunayted" və "Real" kimi klubların formasını geyinib.

Klub səviyyəsində demək olar bütün titullara sahib çıxan Ronaldo şərəfini qoruduğu Portuqaliya milllisində ciddi uğur qazanmayıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=322060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR