Azərbaycan “Eurovision-2015”in ikinci yarımfinalında çıxış edəcək

Azərbaycan “Eurovision-2015”in ikinci yarımfinalında çıxış edəcək
01:49 27 Yanvar 2015
615 Şou
Ölkə mətbuatı
A- A+

“Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış edəcək.

 

Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə,  bu barədə məlumat müsabiqənin rəsmi saytında yerləşdirilib.

 

Püçkatma ötən gün keçirilib. Ümumilikdə bu il müsabiqədə 39 ölkə iştirak edəcək. Mayın 19-da ilk yarımfinalda 16 ölkənin çıxışı planlaşdırılır. Bu mərhələdə Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan, Macarıstan təmsilçiləri mübarizə aparacaq.

 

Mayın 21-də isə səhnəyə Norveç, İrlandiya, Çexiya, Litva, San-Marino, Malta, Portuqaliya,, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç təmsilçiləri mübarizə aparacaqlar.

 

Qeyd edək ki, 60-cı “Eurovision” müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Final mayın 23-də olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR