Bakı küçələrində "kley iyləyənlər" - video

Bakı küçələrində "kley iyləyənlər" -  video
02:46 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Şəhərin bir çox ərazilərində “kley iyləyən” yeniyetmələr son vaxtlar artmaqdadır. Gələcək nəsillərin eyni bəlası olan toksikomaniya növbəti etapda narkomanlığa gətirib çıxarır ki, bunun da qarşısını indidən almaq lazımdır.

Axşam.az ANS TV-yə istinadən xəbər verir ki, narkomaniya ilə tibbi-bioloji fərqi olmayan toksikomaniya bir növ ucuz uyuşdurucu sayılır. Ən çox istifadə olunanları isə sedavit vasitələr və kimyəvi maddələrdir. Bütün dünyada geniş yayılan “kley iyləmək” ənənəsi Sovetlər Birliyinə qədər gəlib çıxıb.

Həkimlərin sözlərinə görə, toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə asılılığa gətirib çıxarır.

2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda bu kimi hallar öz əksinə tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR