Novruzov sərt cavab verdi

Novruzov sərt cavab verdi
01:06 27 Dekabr 2014
91 Ölkə
Ölkə mətbuatı
A- A+

“Hüquq mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Bu baxımdan “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan araşdırmanı təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur”.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Baş Prokurorluğun əməkdaşlarının “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.

S.Novruzov qeyd edib ki, Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər: ““Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb”.

S.Novruzov qeyd edib ki, şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır və bunun üçün də rəsmi qərar çıxarılır:

“Əgər “Azadlıq” radiosunun fəaliyyətində şübhəli nəsə yoxdursa, niyə qorxurlar? Əgər mən düzəmsə, əməlisalehəmsə, qanunu pozmuramsa, gəlib hər gün YAP-dakı otağımda istənilən qədər axtarış aparsınlar. Buradan nə tapacaqlar? Qəzet, kağız, mətbuatın icmalı və sair. Axtarışdan, araşdırmadan yalnız fəaliyyətində problem olan şəxslər qorxa bilərlər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR