İspaniyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfərin həlak olub

İspaniyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfərin həlak olub
03:28 27 Yanvar 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+


Strasburq, 27 yanvar, AzərTAc 
Yunanıstan hava qüvvələrinə məxsus F-16 tipli döyüş təyyarəsi yanvarın 26-da İspaniyaın Los Llanos hərbi bazasından uçuşa hazırlaşarkən yerdəki təyyarələrə dəyərək qəza törədib. Qəza zamanı yerdə olan 10 nəfər hadisə yerindəcə keçinib. Təyyarədəki hərbçilərdən 13- ü isə yaralanıb.
Hadisə barədə açıqlama verən İspaniya müdafiə naziri pilotların səhvi üzündən baş verdiyi güman edilən qəza zamanı həlak olanların sayının artacağını istisna etməyib.
Nazir yaralananların İtaliya, Fransa və Yunanıstan hərbçiləri olduğunu, onlardan yeddisinin ciddi xəsarət aldığını və beş nəfərin isə vəziyyətinin çox ağır olduğunu, bir hərbçinin isə xəstəxanada müayinədən sonra dərhal buraxıldığını qeyd edib.
NATO-nun yay təlimlərində iştirak edən hərbçiləri aparan təyyarənin törətdiyi qəza barədə araşdırmalara başlanıb.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR