Canaqqalada kecirilen tedbirde Azerbaycanin enenevi idman novleri haqqinda melumat verilib

Canaqqalada kecirilen tedbirde Azerbaycanin enenevi idman novleri haqqinda melumat verilib
04:03 27 Yanvar 2015
412 Ölkə
Ölkə mətbuatı
A- A+


Baki, 27 yanvar, AzerTAc 
Azerbaycan Respublikasi Gencler Teskilatlari Milli Surasinin (ARGTMS) numayendesi Turkiyenin Canaqqala seherinde kecirilen “Enenevi idman novleri qeyri-formal tehsil ile” adli beynelxalq tedbirde istirak edib.
AzerTAc xeber verir ki, “Genc idman telimcilerin ve konullulerin birliyi” teskilatinin kecirdiyi tedbirde Azerbaycanla yanasi Fransa Gurcustan, Bolqaristan ve Turkiye de temsil olunub.
Meqsed fiziki qusurlu genclerin idman vasitesile cemiyyete inteqrasiyasina dair biliklerin artirilmasi, enenevi idman novlerinin gencleri birlesdiren bir amil olaraq istirakcilara catdirilmasi, qarsiliqli anlasma ve medeni inteqrasiyanin ehemiyyetinin eyani numayis etdirilmesidir. Tedbir hemcinin Avropa olkelerinin gencleri arasinda tolerantliq, qarsiliqli anlasma ve hemreyliyin tesviq edilmesini nezerde tutur.
Tedbirde movzu ile bagli seminarlar, istirakci olkelerde enenevi idman novlerine dair eyani telim ve fealiyyetler teskil olunub. Bunlarin yeni oyredilme usullari ve cemiyyetin inkisafinda oynadigi rol istirakcilarin diqqetine catdirilib.
ARGTMS-in numayendesi terefinden istirakcilara Azerbaycanin enenevi idman novleri haqqinda melumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR