Saatlı sakinindən narkotik vasitə götürüldü

Saatlı sakinindən narkotik vasitə götürüldü
04:24 27 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı sakininin evində əkib-becərdiyi narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

 

APA-nın Mil-Muğan bürosuna Saatlı polis şöbəsindən verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Qarayevkənd sakini,  1980-ci il təvəllüdlü  Ağayev Ağamərdan Ənvər oğlu   şübhəli  şəxs qismində  saxlanılıb. Onun  üzərinə baxış keçirilərkən ondan 2 ədəd kibrit qutusuna qablaşdırılmış qurudulmuş marixuana   aşkarlanıb. Daha sonra saxlanılan şəxsin etirafı əsasında onun evinin zirzəmisində gizlətdiyi 400 qramdan çox qurudulmuş marixuana aşkarlanaraq istintaqa təhvil verilib.

 

Məlum olub ki,  Ağamərdan Ağayev  narkotik  vasitələri ona məxsus həyətyanı sahədə  əkib və becərib. A.Ağayev barəsində həbs-qəti imkan tədbiri seçilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR