A.Turçinov: “Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər”

A.Turçinov: “Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər”
01:12 27 Dekabr 2014
102 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 01:07 ]

Bakı-APA. Sülh planı nəticə vermədiyi halda Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “5-ci” kanala müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib.

 

Onun sözlərinə Ukrayna prezidenti Pyotr Poroşenko vəziyyəti dəqiq və dürüst qiymətləndirir və böhranın sülh yolu ilə həlli üçün səylərini əsirgəmir. “Prezident həm də Ali Baş Komandandır. Əgər o hiss etsə  ki, fəal hərbi əməliyyatlara alternativ yoxdur, onda bir dəqiqə belə tərəddüd etməyəcək”, deyə A.Turçinov bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR