Rusiyanın reytinqi "zibil"ə düşdü

Rusiyanın reytinqi "zibil"ə düşdü
04:46 27 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın kredit reytinqi kəskin aşağıya düşüb.

ANS PRESS-in məlumatına görə, "Standard & Poor's" (S&P) beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsində göstərib ki, bu səviyyəyə "zibil" də deyirlər.

Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar.

Sonuncu dəfə 2004-cü ildə Rusiyanın reytinqi bu səviyyədə olub.

Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi vəziyyət pisləşib. Son 1 ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR