İŞİD vəhşəti böyüyür

İŞİD vəhşəti böyüyür
04:51 27 Yanvar 2015
192 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması daha iki ölkədə fəaliyyət şəbəkəsi qurduqlarını elan edib.

ANS PRESS-in məlumatına görə, Suriyada və İraqda bir sıra ərazləri zəbt edən İŞİD terror qruplaşması “nüfuz”unu artırmaq, genişlənmək məqsədilə daha iki ölkədə – Əfqanıstan və Pakistanda bölmələrini yaradıldığını elan ediblər. Bu barədə onlar “Twitter” mikrobloqunda yer alan səhifələrində audioyazı şəklində dərc edilmiş bəyanatlarında bildiriblər.

Əl-Qaidə və “Taliban” qruplaşmalarının fəallıq göstərdiyi bu ərazilərdə iki həftə əvvəl 10 nəfər İŞİD-ə qoşulduğunu söyləmişdi.

Qərb ölkələrinə hücumlar etməyi planlaşdıran İŞİD yaraqlıları hazırlıqlar gördüklərini vurğulayılar.

Qeyd edək ki, Pakistan son 10 ildə terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR