Rubl yenidən dəyərini itirdi

Rubl yenidən dəyərini itirdi
05:21 27 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi rublun məzənnəsi əsas dünya valyutalarına nisbətdə yenidən aşağı düşüb.

ANS PRESS-in məlumatına görə, dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək azalıb.

Moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb.

Rusiya birja indeksləri də qiymətdən düşməkdə davam edib. Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb.

RTS dollar indeksi isə dəyərinin 5 faizini itirib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR