Kapitanı 32 nəfərin qatili elan etdilər

Kapitanı 32 nəfərin qatili elan etdilər
05:26 27 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada keçirilən məhkəmədə prokuror Kosta Koncordia səyahət gəmisinin kapitanı Françesko Skettino üçün 26 il həbs cəzası tələb edib.

ANS PRESS-in məlumatına görə, iddiaçı tərəf 2012-ci il yanvarın 14-də İtaliya sahillərində qəzaya uğrayan gəmidə 32 nəfərin ölümündə məhz kapitanı günahkar sayır.

Faciə baş verəndən 4 gün sonra İtalyanlar gəminin qara qutusunun araşdırılmasına başlayır. Qəza baş verən ilk zamandan bilinirdi ki, gəminin batması sahilə çox yaxınlaşması ilə əlaqədardır. Bu zaman kapitan təxliyyə əmrini çox gec verib və kömək siqnalı verməyib. Bu da xilasetmə işlərinin çox gec başlaması ilə nəticələnib. Sahil təhlükəsizliyi gəmi ilə özü əlaqə saxladıqdan sonra xilasetmə işlərinə başlayıb.

Daha sonra məlum olub ki, Skettino gəmini ilk tərk edənlərdən olub. O cümə günü ilk xilasetmə qayığı ilə gəmini tərk edib, xilasetmə işləri isə yalnız bundan bir gün sonra şənbə günü başa çatıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR