Qahirədə baş verən toqquşmalarda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Qahirədə baş verən toqquşmalarda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb
05:42 27 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 05:28 ]

Bakı-APA. Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyəti qadağan edilən hərəkatın üzvləri təhlükəsizlik qüvvələrinə qarşı odlu silahdan atəş açıblar və “Molotov kokteyllər”i atıblar.

 

Təsdiq olunmamış məlumatlara görə, iğtişaşlar zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd edək ki, Qahirədə 2011-ci il “25 yanvar inqilabı”nın 4-cü ildönümü ilə bağlı kütləvi etiraz aksiyaları ötən bazar günündən bəri davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR