AŞPA nümayəndəsinə hücum olub

AŞPA nümayəndəsinə hücum olub
06:26 27 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Kommunist Partiyasının lideri, eyni zamanda Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qennadi Zyuqanov köməkçisi ilə birlikdə Strasburqda hücuma məruz qaldığını bildirib.

O, rus dilində danışan iki nəfərin onlara yaxınlaşaraq Ukrayna barəsində nəsə deyərək itələdiyini vurğulayıb.

Hücumun açıqlanmasından sonra ukraynalı deputat Dmitri Linko sosial şəbəkədə Zyuqanova yaxınlaşanlardan birinin o olduğunu etiraf edib. Onun sözlərinə görə, məqsədi ukraynalı pilot Savçenkonu azad etməyə çağırmaq olub.

Qeyd edək ki, sözügedən pilot Ukraynanın şərqində tutulub və Moskvada saxlanır. Onu rus jurnalistlərin ölümündə ittiham edirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR