“Qara qartal” ev sahibinə qarşı amansız oldu (VİDEO)

“Qara qartal” ev sahibinə qarşı amansız oldu (VİDEO)
06:26 27 Yanvar 2015
295 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 17-ci tur başa çatıb.

ANS PRESS-in məlumatına görə, son oyun günündə "Beşiktaş" klubu səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.

Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə istanbullular öz istəyinə çatıb. “Qara qartal”ın qara dərili topçusu, seneqallı Demba Ba 69-cu dəqiqədə komandasını önə çıxarıb. 3 dəqiqə sonra Olcay Şahan fərqi bir top da artırıb və beləliklə matç 2:0 hesabla qonaqların xeyrinə başa çatıb.

"Beşiktaş" klubu bu oyunla yenidən turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.


26 yanvar
Türkiyə Superliqası, XVII tur

“Gənclərbirliyi” – “Beşiktaş” - 0:2
Qollar: Demba Ba, 69 (0:1), O.Şahan, 77 (0:2)
Qırmızı vərəqə: Franko, 90 ("Beşiktaş")


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR