Küveytdə avtobus qəza törətdi: 5 ölü, 47 yaralı

Küveytdə avtobus qəza törətdi: 5 ölü, 47 yaralı
06:29 27 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Küveytdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  insident nəticəsində daha 47  nəfər xəsarət alıb.  

 

Bəhreyndən İraqa gedən avtobus Küveytin əl-Abdali ərazisində qəzaya uğrayıb. Ölənlər 4 Bəhreyn və 1 Misir vətəndaşıdır.

 

Xəsarət alanların 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Küveyt polisi qəzanın səbəblərini araşdırır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR