Bakıda maşını vurulan sürücü hücuma məruz qaldı

Bakıda maşını vurulan sürücü hücuma məruz qaldı
07:11 27 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə Bakının Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsi 2 ünvanında qeydə alınıb. Sürücüsü məlum olmayan “Mercedes” markalı nəqliyyat vasitəsi əks istiqamətlə hərəkətdə olan “Opel” markalı avtomaşınla toqquşub.

Bundan sonra “Mercedes” markalı avtomobili idarə edən sürücü öz avtomobili ilə birlikdə hadisə yerindən qaçıb. Baş vermiş avtoqəzadan sonra əraziyə yaxınlaşan bir qrup şəxslə zərərçəkmiş “Opel” markalı avtomobilin sürücüsü arasında dava olub.

Hadisə barədə məlumatı əldə edən Yasamal rayonu polis idarəsinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları sözügedən ünvana cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədərək hadisə yerindən qaçan sürücü sərxoş olub. Ancaq digər sürücü ilə mübahisə edən şəxslərin kimliyi və mübahisənin təfərrüatları barədə məlumat yoxdur.

Faktla bağlı araşdırmalar aparılır. Polis qəzanın təfərrüatlarına aydınlıq gətirməyə çalışır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR