Baş naziri ələ saldılar

Baş naziri ələ saldılar
07:41 27 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə baş nazirliyində təhlükəsizlik qalmaqalı yaşanıb.

ANS PRESS-in məlumatına görə, İngiltərədə bir nəfər baş nazir Devid Kameronla telefon bağlantısı quraraq özünü Rəqəmsal Rabitə və Kəşfiyyat İdarəsi (GCHQ) müdiri Robert Hanniqan olaraq təqdim edib. Şəxsin baş naziri ələ salmasından sonra Kameron telefon bağlantısını kəsib.

O, rəsmi telefonuna gələn zəngin çox çəkmədiyini, hər hansı bir məlumatı bölüşmədiyini bildirib. Hadisənin baş verməsi ilə təhlükəsizliyin daha da artırılmasının vacibliyi barədə göstəriş verilib.

Xatırladaq ki, İngiltərə baş nazirliyi əvvəllər də telefon zarafatının qurbanı olub. 1998-ci ildə radio aparıcısı Stiv Pen dövrün Mühafizəkar Partiyası rəhbəri olan Uilliam Haq olduğunu iddia edərək, o vaxt baş nazir işləyən Toni Bleyrlə danışıb görüşməyi bacarmışdı. Bundan sonra isə baş nazirliyin qaynar xəttinə “Toni ilə görüşmək istəyirəm” müraciəti ilə minlərlə şəxs zarafatyana zəng etmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR