Bakıda ağır qəza: yaralılar var

Bakıda ağır qəza: yaralılar var
07:46 27 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə Xarici Dairəvi yolun Bakının Yasamal rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Orxan Tağızadə idarə etdiyi “Toyota” markalı avtomobillə Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral yoldakı arakəsməyə çırpılıb və daha sonra hərəkətdə olan “VAZ-2107” markalı digər nəqliyyat vasitəsinin üstünə aşıb.

Baş verən yol qəzasının fəsadları bununla da bitməyib. “TOYOTA” markalı avtomaşının akkumulyatoru avtomaşından çıxaraq yol kənarında dayanan “Ford” markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində sürücü Orxan Tağızadə və onun avtomobilində olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatlarını isə Yasamal polisi araşdırır.
Mənbə
ANS PRESS Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR