Ukrayna duzunu türk duzu əvəzləyəcək

Ukrayna duzunu türk duzu əvəzləyəcək
07:54 27 Yanvar 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Ukraynanın “Artemsol” şirkətinin məhsullarının ölkəyə idxal edilməsinə qadağa qoyub.

 

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Türkiyə Rusiya bazarını duzla təchiz etməyə hazır olduğunu bildirib.

 

Qeyd olunur ki, Türkiyə hökuməti Gömrük və Ticarət Nazirliyinə Rusiyaya duz ixracının artırılmasının mümkünlüyünə dair tapşırıq verib. Qeyd edək ki, hazırda ixracın həcmi 50 min ton təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR