Azərbaycanda tanınmış aktrisa anasını dəlixanaya göndərir (VİDEO)

Azərbaycanda tanınmış aktrisa anasını dəlixanaya göndərir (VİDEO)
01:46 27 Dekabr 2014
185 Digər
Ölkə mətbuatı
A- A+

83 yaşlı Səfurə Eldarovanın şikayəti nə qonşusundan, nə də ki, qohumundandır. Tək gileyləndiyi qızı əməkdar artist Nəsibə Eldarovadandır. S.Eldarova deyir ki, çarəsiz şəkildə neçə aydır baxımsız evdə yaşayır. Qızı onu 4 ay bundan əvvəl yalnız buraxıb gedib. Səbəb isə ağbirçəyin ondan yaşadığı mənzili adına keçirməsi tələbi olub. Bununla da mübahisələr başlayıb.

S.Eldarovanın sözlərinə görə, Nəsibə xanım evdə də aktrisalıq edirmiş. Gah qabları yerə vuraraq sındırırımış, gah da bıçaqla anasını hədələyərmiş. Əvvələr isə 8-ci kilometr kimi tanınan ərazidə Səfurə xanımım adına mülk varmış. Lakin qızı Nəsibə həmin evi satıb. İndiki, yəni Bayıl qəsəbəsindəki evi isə alaraq öz adına keçirib. Baxımsız və çarəsiz qalan Səfurə xanımın tək istəyi mülkün onun adına keçirilməsidir. Ağciyər xəstəsi olan ağbirçək deyir ki, qızın ondan uzaqlaşmağında səbəb də məhz budur. Baxmayaraq ki, Nəsibə Eldarova başqa bir ünvanda kirayə evdə yaşayır.

“Evi onun yanıda satdımsa da pulu görmədim, pulu özü görüb. Sonra gedib öz adına bir ev alıb. Mən danışanda deyir ki, evin var? Varsa göstər sənədləri. Məni dəlixanaya göndərirdi” – deyə Səfurə Eldarova bildirib.

Biz də ağbirçəyi dinləyib Nəsibə Eldarova ilə əlaqə saxladıq. Əməkdar aktrisa bildirdi ki, onun gənc oğlu anasının üzündən dünyasını dəyişib. Evi isə adına keçirmək istəyirsə, məhkməyə müraciət edə bilər. Amma qaldı ki, anasının yanında yaşamaq məsələsinə.

"Onun yanına gəlməyəcəm, həkim məni onunla görüşməyi qadağan edib, çünki onu görəndə psixoloji vəziyyətim pisləşir".

Bundan başqa aktrisa onu da dedi ki, o, anasına ziayarətə gəlməsə də, evin bütün kommunal xərclərini öz cibindən ödəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR