Ticarət mərkəzində atışma: 1 yaralı

Ticarət mərkəzində atışma: 1 yaralı
09:21 27 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ticarət mərkəzlərindən birində silahlı hücum baş verib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Vaşinqton ştatının Siyetl şəhərində məşhur ticarət mərkəzlərindən olan “South Center Mall”da bir nəfərin yaralanması ilə nəticələnən hadisə yaşanıb.

Şəxsiyyəti naməlum silahlı atəşi qarşı binada gizlənərək həyata keçirib. Odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxs dərhal əraziyə çağrılan təcili yardımla xəstəxanaya çatdırılıb.

Atəşin bazar ertəsi, yerli vaxtla 17:30-da açıldığı qeyd edilir. Səsi eşidən ticarət mərkəzinin müştəriləri arasında çaxnaşma yaranıb və təlaş içində müxtəlif istiqamətlərə qaçmağa başlayıblar.

Yerli hüquq-mühafizə orqanından bildirilib ki, şübhəlinin yaxalanması üçün əməliyyatlara başlanılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR