Şəkidə maşınlar toqquşdu

09:27 27 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

"Kanal S"in ("Region TV") verdiyi məlumata görə, dünən axşam saat 19 radələrində Şəki şəhərində yol nəqliyyat hadisəsi baş verib. Şəki şəhər Sabit Rəhman küçəsində bazar istiqamətində hərəkət edən, 1975-ci il təvəllüdlü Əbdürəhmanov Elçin Nizami oğluna məxsus 55-BG-979 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə əks istiqamətdə hərəkət edən, 1989-cu il təvəllüdlü Mustafayev Rəvan Dilavər oğluna məxsus  "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilə xeyli ziyan dəyib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Hələlik qəzanın dəqiq hansı səbəbdən baş verdiyi  bilinmir. Faktla bağlı Şəki ŞRPŞ-da  araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR