Bakının yaralı yerindən reportaj (VİDEO)

Bakının yaralı yerindən reportaj (VİDEO)
02:01 27 Dekabr 2014
145 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 26-da günorta saatlarında Yasamal rayonunda, keçmiş Qələbə dairəsində yaşanan tıxac, böyük avtomobil cərgəsi yaratdı.

ANS TV-nin məlumatına görə, dairədən şəhərin bütün istiqamətlərinə doğru yüz metrlərlə avtomobil karvanı uzanıb.

Dairədən üzü Tbilisi prospekti istiqamətinə, həmçinin 20 Yanvar dairəsinə doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunsa da, həmin ərazidən Mətbuat prospektinə doğru avtomobillərin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.

Sürücülərin sözlərinə görə, bu yolda tez-tez sıxlıq yaransa da, bu cür hərəkətsiz tıxac olmayıb. Səbəb isə, ağır tonnajlı yük maşınlarının ardıcıl olaraq dairə doğru hərəkətlənməsidir.

Sürücü Rövşən Hüseynov: "Qoşa yanacaqdoldurma məntəqəsindən, "Qələbə"yə qədər düz bir saat 10 dəqiqədir gözləyirik. Burda bu halla ikinci dəfədir ki, qarşılaşıram. Bütün bu problemləri məhz ağır tonnajlı avtomobillər yaradır. Əslində ağır tonnajlı avtomobillər gecə, yəni müəyyən olunan bir vaxtında yola çıxmalıdırlar, gündüzlər isə onların hərəkətinə məhdudiyyət qoyulub”.

Ərazidə Yol Patrul Xidmətinə rast gəlməsək də, bir neçə sürücü yolda hərəkəti nizamlamadığının şahidi olduq.

Təxminən iki saata yaxın müşahidə olunan sıxlıq ən çox, ictimai nəqliyyatın işinə əngəl törədib. Müəyyən vaxt interval ilə işləyən avtobuslar yolda qaldığından, qrafikdən kənar düşüb.

Hər halda, paytaxtın əsas istiqamətlərini özündə birləşdirən bu dairəyə bir əncam çəkilsə, həm sıxlıq aradan qaldırılacaq, həm də insanların paytaxt daxilində normal hərəkətinə imkan yaranacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=316566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR