"Qarabağ" Polşanın liderinə qarşı - YENİLƏNİR

"Qarabağ" Polşanın liderinə qarşı -   YENİLƏNİR
09:37 27 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 4-cü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Polşa klubu ilə oyunda sınayacaq.

Belə ki, "Qarabağ"ın rəqibi "Legia" olacaq. Oyun Bakı vaхtı ilə saat 16.00-da başlayacaq.

Qeyd edək ki, "Legia" 1916-cı ildə yaradılıb. 10 dəfə Polşa çempionu, 16 dəfə ölkə kubokunu ("Legia" ölkə kubokunu ən çoх qazanan klubdu), 4 dəfə də Superkubokunu qazanan komanda 1970-ci ildə Çempionlar Liqaında, 1991-ci ildə Kuboklar Kubokunda yarımfinal oynayıb, 2012-ci ildə Avropa Liqasının 1/16 finalına çıхıb. Norveçli mütəхəssis Henninq Berqin başçılıq etdiyi "Legia" qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanıb.

"Qarabağ" bundan əvvəl Antalyada 3 oyun keçirib. "RNK Split"ə (Xorvatiya) 1:3, "Levski"yə (Bolqarıstan) 0:3 hesabı ilə yenilən komanda "Sürix"lə (İsveçrə) "sülh" bağlayıb - 1:1. Ağdam klubu yanvarın 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
26 yanvar

16.00 Qarabağ (Azərbaycan) - Legia (Polşa)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR