Marneuli sakininin evində yanğın baş verib

02:12 27 Dekabr 2014
50 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 02:09 ]

Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı Yuxarı Saral kəndində Eldar Mustafayevin evində yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu dəqiqələrdə evin tavanı yanır. Hazırda kənd sakinləri evə su daşıyıb yanğının qarşısını almağa çalışırlar. Hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb. Hadisə yerinə polis patrul xidməti də gəlib. 

 

Ev sahibi Eldar Mustafayev APA-ya açıqlamasında yanğının elektrik qısaqapanmasından baş verdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR