“HP” mobil çıxış və məlumatların mühafizəsi həllərini yeniləyib

“HP” mobil çıxış və məlumatların mühafizəsi həllərini yeniləyib
09:56 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"HP" şirkəti bazarda lider mövqe tutan mobil çıxış və məlumat mühafizəsi üzrə proqram həllərinin yenilənmiş versiyalarını təqdim edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, təkmilləşdirmələr müəssisələrə daha sadə və təhlükəsiz mobil qurğulardan sənədləri çap etməyə imkan verir.
 
Printerlərin genişlənmiş mühafizəsi: "HP Access Control 14.2" tam şifrlənməni təmin edir və təşkilatların çap xərclərini azaldır. İndi istifadəçilər "HP Access Control"a daxil olan NFC texnologiyası üzrə  əlaqəli eyniləşdirmə və drayversiz təhlükəsiz distant çap funksiyalarını, "HP OfficeJet Pro X" və "Enterprise X"-ə daxil olan NFC üzərindən mobil qurğularda simsiz distant çap imkanları ilə birləşdirə bilər. "HP Access Control" həmçinin artıq "ОС Unix" və "Linux" ilə tam uyğun gəlir.
 
Mobil qurğulardan təkmilləşdirilmiş təhlükəsiz çap imkanları: "HP ePrint Enterprise 4.0 (RU)" ilk dəfə "Windows 8" üzərində işləyən smartfonlardan çap funksiyasını dəstəkləyir.

"Mopria Alliance" təsisçilərindən biri kimi "HP" smartfonlardan, planşetlərdən və digər mobil qurğulardan simsiz çapın unifikasiyası və sadələşdirilməsi üzrə işlərə davam edir.

 Öncə yalnız "iOS", "Android" və "Blackberry" qurğularında mümkün olan birbaşa mobil çap indi "Windows 8" üzərində işləyən smartfon və planşetlərdə də təqdim edilir. "HP ePrint Enterprise" artıq "AirPrint" texnologiyasını dəstəkləmə sayəsində istifadədə daha sadə olub.

Bu təkmilləşdirmələr "HP" müştərilərinə ofis proseslərinin effektivliyini artırmağa rəqəmli və kağız sənəd dövriyyəsini sürətləndirməyə kömək edəcək.
 
Aynur Vəliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR