“IBM” korporasiyası əməkdaşlarının 25 faizini ixtisar edəcək

“IBM” korporasiyası əməkdaşlarının 25 faizini ixtisar edəcək
09:56 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“IBM” korporasiyası gələn həftədən öz əməkdaşlarının 26 faizini ixtisar edəcək.
 
Beləliklə, 111,8 min nəfər işdən çıxarılacaq. Bu, şirkətin tarixində ən kütləvi ixtisar olacaq. Xatırladaq ki, 1993-cü ildə 60 min əməkdaş ixtisara düşüb.

Qeyd edək ki, hazırda korporasiyada 430 min nəfər işləyir.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ixtisarlar şirkətin ənənəvi aparat istiqamətindən “bulud” sistemlərinə keçməyi ilə bağlı həyata keçirilir.
2014-cü ilin nəticəsinə görə, “IBM” korporasiyasının xalis mənfəəti 12 milyard dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 27 faiz azdır. Hesabat dövründə “IBM”-in gəliri 5,7% azalaraq 92,8 milyard dollar təşkil edib.

“IBM” dünyanın ən böyük aparat və proqram təminatı istehsalçısı və tədarükçüsüdür. Şirkətin kapitallaşması 157,1 milyard dollar təşkil edir.

Emil Hüseynov
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR