Avstraliyanın simvolu hesab olunan kenqurular pilotsuz təyyarəyə hücum ediblər.
ANS PRESS-in məlumatına görə, hadisə qitədəki Munt Qambier qəsəbəsində baş verib.
Bölgədə ana və bala kenqurunu görüntüləyən pilotsuz təyyarə ana kenqurunun hücumuna məruz qalıb.
Kenquru tullanaraq havada gördüyü bu qəribə əşyanı yerə endirə bilib.
Daha sonra pilotsuz təyyarə və onun çəkdiyi görüntülər tapılsa da mütəxəssislər onun təmiri mümkünsüz şəkildə xarab olduğunu bildiriblər.