Bakıda baş kəsən ərin anası: "Oğlum 18 ildir ki, dözürdü" - VİDEO

Bakıda baş kəsən ərin anası: "Oğlum 18 ildir ki, dözürdü" - VİDEO
10:12 27 Yanvar 2015
193 Digər
Ölkə mətbuatı
A- A+

Metropolitenin işçisi işdə olanda arvadına tanımadığı şəxslər elçi də gəliblər
Bakıda kişinin həyat yoldaşını qətlə yetirməsinə namus məsələsi səbəb olub.

Nərimanov Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, hadisə rayonun Aşıq Qərib küçəsi, 69 a ünvanında yerləşən binanın qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Süleymanov İlham Elləz oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızını başını kəsərək qətlə yetirib.

Cinayəti törədən şəxsin anası Sona Süleymanovanın sözlərinə görə, qətl namus üstündə olub: "Başını kəsib, sonra isə polisə könüllü olaraq təslim olub. Bir də gördüm ki, 4-5 polis gəlib. Uşaqların heç biri də evdə deyildi. Oğlum 18 il idi, dözürdü”.

Həyat yoldaşını qətlə yetirən İlham Süleymanovun valideynləri gəlinilə oğlunun mütəmadi olaraq mübahisə etdiklərini dedilər. Sonuncu dəfə hətta Məhəbbət Süleymanova evdən ayrılaraq bir müddət ayrı yaşayıb.

Cinayəti törədən şəxsin anası Sona Süleymanovanın sözlərinə görə, qadının telefonunda şəkil olub, 10 gün əvvəll isə anasıgilə gedərək orada qalıb.

İlham Süleymanov dəfələrlə Məhəbbət Süleymanova ilə mübahisə etsə də, onlar hər dəfə barışıq əldə ediblər. Hətta İlham həyat yoldaşının istəyini yerinə yetirərək ona avtomobil də hədiyyə edib. Buna baxmayaraq İlham Məhəbbətin evə gediş-gəlişini izləmək üçün mənzilin hər otağına müşahidə kameraları da yerləşdirib. İlham Süleymanovun atasının sözlərinə görə, oğlu işdə gecə növbəsində olduğu vaxt gəlinlərinə tanımadıqları şəxslər elçi də gəliblər.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Həyat yoldaşını qətlə yetirən İlham Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə yerində araşdırma aparalan istintaqçılar mənzildən maddi sübutları və kamera görüntülərini də götürüblər.

Sonda qeyd edək ki, qətl hadisəsi törədən İlham Süleymanov Bakı Metropolitenində elektrik-mexanik işləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR