Gecə Bakının Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsi 2 ünvanında qeydə alınıb. Sürücüsü məlum olmayan “Mercedes” markalı nəqliyyat vasitəsi əks istiqamətlə hərəkətdə olan “Opel” markalı avtomaşınla toqquşub.Avtomobili vuran digər maşının sürücüsü isə hadisə yerindən qaçıb
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bundan sonra “Mercedes” markalı avtomobili idarə edən sürücü öz avtomobili ilə birlikdə hadisə yerindən qaçıb. Baş vermiş avtoqəzadan sonra əraziyə yaxınlaşan bir qrup şəxslə zərərçəkmiş “Opel” markalı avtomobilin sürücüsü arasında dava olub.
Hadisə barədə məlumatı əldə edən Yasamal Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sözügedən ünvana cəlb olunublar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədərək hadisə yerindən qaçan sürücü sərxoş olub. Ancaq digər sürücü ilə mübahisə edən şəxslərin kimliyi və mübahisənin təfərrüatları barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar aparılır. Polis qəzanın təfərrüatlarına aydınlıq gətirməyə çalışır.
Milli.Az