Bakı metrosunda yenə problem

Bakı metrosunda yenə problem
10:17 27 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı metrosunun "Dərnəgül"-"Həzi Aslanov" xətti istiqamətində hərəkət edən qatarda gecikmə yaranıb.

APA-nın məlumatına görə, səhər saat 08:20 radələrində metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib.
 
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, nasazlıq metronun “Nizami” stansiyasında olub. “Yaranmış vəziyyət nəticəsində sərnişinlər həmin stansiyada düşürülüblər və qatar depoya gedib. Onun yerinə ehtiyat qatar xəttə buraxılıb”, - deyə N. Paşayev qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR