Moskvaya daha bir zərbə

Moskvaya daha bir zərbə
10:21 27 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

S&P Beynəlxalq Agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsinə salıb. Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar.

ANS PRESS-in məlumatına görə, reytinq ötən il dekabrın 23-də Rusiyanın pul-kredit siyasətinin çevikliyinin “kəskin azlaması” ilə bağlı olaraq, yenidən müzakirəyə qoyulub. Sonuncu dəfə Rusiyanın reytinqi bu səviyyədə 2004-cü ildə olub. Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən rəsmi Moskvada iqtisadi vəziyyət pisləşib. Son bir ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.

Bundan əvvəl, yanvarda "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın suveren reytinqini “BBB-” səviyyəsinədək endirmişdi. Bundan bir həftə sonra "Moody’s" beynəlxalq agentliyi Rusiyanın dövlət istiqrazlarını “Baa3” səviyyəsinə saldı.

Xatırladaq ki, “BB+” reytinqinin rəsmi tərifi “spekulyasiya xarakterləri ilə riskli öhdəliklər” kimi səslənir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR