Azərbaycanda 123 min işsiz gənc var

Azərbaycanda 123 min işsiz gənc var
10:29 27 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Lent.az-ın məlumatına görə, bu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qeyd edilib. 

Gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kəndlərdə yaşayır. Onların 49,2 faizini qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6 faizi məhz gənc ailələrdə dünyaya gəlir.
 

Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir.

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olub. Onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfər olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR