Ali təhsilli gənclər əmək bazarına cavab vermir - RƏSMİ

Ali təhsilli gənclər əmək bazarına cavab vermir - RƏSMİ
10:39 27 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyl göstərir

Azərbaycanda bəzi yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq, heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də lazımi səviyyədə deyil. Lent.az-ın məlumatına görə, bu barədə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qeyd edilib. 

Daha erkən yaşlarda elm və intellektual yaradıcılıq sahələrinə diqqətin zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, onların hazırlıq səviyyəsi isə aşağıdır.

Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyl göstərir. Bu baxımdan təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilib.

 

Ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR