Rəsmi "Facebook" açıqlaması

Rəsmi "Facebook" açıqlaması
10:41 27 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Facebook"da baş verən problem Azərbaycanla əlaqəli deyil".

Bunu ANS PRESS-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

O bildirib ki, sosial şəbəkənin və "İntagram"ın işləməməsi ölkədaxili problemdən qaynaqlanmır. Nazirlik rəsmisi problemin şirkətlə əlaqəli olduğunu qeyd edib.

Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkəsinə girişdə problem yaranıb.

ANS PRESS-in "qaynar-xətti"nə müraciət edən oxucularımız sosial şəbəkələrdən istifadə edə bilmədiklərini deyirlər.

Sosial şəbəkələrdə texniki problemin saat 10:15-dən etibarən başladığı deyilir. İlkin ehtimal kimi Facebook-a kiber hücüm həyata keçirildiyi güman edilir.

Qeyd edək ki, "Facebook" və "İnstagram" bir şirkətin tərkibində yer alır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=322132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR